Olay
Olay

Onları 2023-də nə gözləyir? - Proqnoz

Onları 2023-də nə gözləyir? - Proqnoz

Doğum xəritəsi barmaq izi kimi hər bir insana özəl olmaqla bərabər, həyatımız boyu bizə yol göstərəcək detalları da özündə əks etdirir.

Budəfəki yazımızda gördükləri işlərlə tanıdığımız yerli məşhurların bir neçəsini doğum tarixinə görə analiz edərək, onları 2023-də nələrin gözlədiyinə birlikdə nəzər yetirək.

Astroloq Arzu Məmmədlinin OLAY-a özəl açıqlamasına əsasən, bəzi tanınmış simaların doğum xəritəsini təqdim edirik:

Zülfiyyə Xanbabayeva (16 oktyabr 1967)

“Günəş bürcü tərəzi… Xəritəsində “Spica” sabit ulduzu ilə günəş qovuşması var. Bu onun musiqi və yaradıcılıq mövzusunda parlayan, uğur qazanan birisi olduğunu göstərir. Eyni zamanda çox lider ruhlu bir xanımdır. Macərapətəst, səyahətləri, kəşf etməyi və əyləncəni sevən xanımdır. Kövrək bir tərəfi də var, ailəcanlı, eyni zamanda sevdikləri üçün fədakarlıq edən birisidir. Hissləri çox güclüdür, bir şeyi çox yaxşı formada analiz edir və hisslərinə güvənir.
2023 - 2024cü illər Zülfiyyə xanım üçün uğurlu illərdir. Daha çox səhnə qarşısında olacağı, sənət əhatəsini qlobal genişləndirə biləcəyi bir illərdir
Genetik əlaqələrindən danışaq,. Zülfiyyə xanımın genetikasından gələn kişilərdən (atalar, babalar) kimlərsə iş həyatında uğursuzluqlar yaşayıb, eynisi Zülfiyyə xanıma da keçib. Eyni dərslərlə qarşılaşıb”.

Röya Ayxan (14 iyun 1982)

“Günəş bürcü əkizlər… Xəritəsində uğuruna dair 5 ədəd sabit ulduz, günəş qovuşması var. Bu Röyanın sənət üçün yaradıldığını, bu sahədə parladığını göstərir. Ayrıca Röya çox dəyişkən, qərar verməkdə çətinlik çəkən birisidir. 2023 – 2025-ci illər aralığı Röya üçün çox uğurlu bir zaman döngüsüdür, daha çox gündəmdə olacağı vaxtlar 2023 yanvar - may, daha da yüksəliş əldə edəcəyi dövr isə 2025 fevral - mart aylarındadır”.

Fəxrəddin Manafov (2 avqust 1955)

“Günəş bürcü şir. 2021-2022-ci illər Fəxrəddin bəy üçün həm sağlamlıq, həm psixoloji, həm də işlərinin tərs getdiyi il oldu. Lakin 2023 onun üçün çox möhtəşəm bir il olacaq. İtirdiklərinin artıqmalasını ala biləcəyi bir ildir. Bəzi insanları həyatından çıxartdı, onu bilməlidir ki, daha yaxşı və faydalı insanlarla qarşılaşacaq. Diz, ayaq, revmatizm, qan - damar, ürək sistemlərində problemləri ola bilər, diqqət etsin. 2023, 2026,2027-ci illər Fəxrəddin bəyin yüksələcəyi illər olacaq”.

Ruhiyyə Əliyeva (8 mart 1977)

“Günəş bürcü balıqdır. Həssas, duyğusal olsa da, ay düyünləri qoç - tərəzi olduğuna görə bu xanım olduqca lider ruhlu birisidir. Məsuliyyətini aldığı işi ən yaxşı formada etməyə çalışır. Çox bərəkətli insandır, eyni zamanda ürək - qan damar sistemləri, sinir sistemlərində (revmatizm) problemləri var. 2023-cü il Ruhi xanım üçün uğurlu olsa da 2024 onun üçün maddi zənginlik verə biləcəyi bir ildir”.

Faiq Ağayev (29 dekabr 1971)

“Günəş bürcü oğlaq. Realist və zəhmətkeş insan olmaqla yanaşı, həmçinin də çox intellektual və ədalətli biridir. Başqalarından fərqlənən intellektual bir tərəfi var. Anası ilə bağlı qopmalar olub, həmçinin ailə əlaqələrində uğursuzluq yaşayıb, bunun səbəbi də öz genetikasından gələn ailə karmasının var olmasıdır. 2021-ci iliin sonları 2022-nin əvvəlləri bir məyusluqla qarşılaşıb. Lakin 2023-2028-ci illər Faiq bəyin iş həyatında uğurlu dövrləridir. Qol sinirləri, kürək ağrıları, çiyin ağrıları ola bilər. Həmçinin onurğa sütunu, dizlərdə ağrıları var”.

Həmidə Ömərova (25 aprel 1957)

“Günəş bürcü buğa… Həmidə xanım 2021-2022-ci illərində biraz çətin dövrlərdən keçdi, 2022 həmçinin onun üçün yüksəlişli bir il oldu. Sabit insan olduğu qədər də qərarsız, balanssız biridir, qərarsızlıq onu çox yorur. Kişilərdən və atadan məyusluq yaşayıb. Boğaz hissəsinə diqqət etməlidir, səs telləri, bronx, panik atak kimi problemləri ola bilər, ehtiyatlı olmalıdır. 2023-cü ilin mayı və 2024 tam partlayış bir yüksəliş yaşayacağı illərdir”.