“Kardeşlerim”in ulduzu Su Burcu Yazqı Coşkun və Burak Deniz “Şehrazad” serialında tərəf müqabili olacaqlar.
OLAY yazır ki, aktyorlar arasındakı yaş fərqi sosial mediada müzakirələrə səbəb olub.
Coşkunun 19, Denizin isə 33 yaşı var. Kimisi onları yaraşdırsa da, kimisi də yaş fərqi səbəbiylə bəyənmədiyini deyib.
Qeyd edək ki, serial ilə bağlı ilk dəfə açıqlama verən Yazqı “Burak Deniz ilə birlikdə rol alacağıq. Aktyorluğunu çox bəyəndiyim biridir. Ssenarini oxuduğum zaman çox təsirlənmişdim, həyəcanla gözləyirəm” söyləyib.