Film / Serial
Film / Serial

“Qızıl Qlobus” barədə detallar…

“Qızıl Qlobus” barədə detallar…

Keçən il rəqəmsal olaraq keçirilən və ən məşhur adların onlayn qatıldığı “Qızıl Qlobus” mükafatlarını bu ildə eyni aqibət gözləyir. 

OLAY yazır ki, 2021-ci ildə ortaya çıxan Qızıl Qlobus böhranından sonra NBC mükafatlandırma mərasimini yayımlamayacağını açıqlayıb. 

Keçən ildən baş tutmayacağı bəlli olan mükafatlandırma mərasiminin rəsmi sosial media hesablarından verilən açıqlamaya görə, bu il xüsusi tədbir olaraq keçiriləcək və canlı yayımlanmayacaq. 

Qaliblər “Qızıl Qlobus” internet saytında və sosial media hesablarında elan ediləcək.

Qeyd edək ki, 79-cu dəfə keçiriləcək tədbir yanvarın 10-da sahiblərini tapacaq. Ancaq bu dəfə qırmızı xalça və ya məşhur qonaqlar olmayacaq.