“Sony” istehsalı olan “Morbius” filminin premyerası beşinci dəfə ertələnib.
OLAY yazır ki, yanvarın 28-də kinoteatrlara çıxması planlaşdırılan ekran işinin yeni nümayiş tarixi 1 aprel olacaq.
Buna səbəb koronavirusun Omicron variantının genişlənməsi olub.
Layihənin 2020-ci il iyulun 10-da nümayişi nəzərdə tutulub, lakin epidemiya səbəbindən 31 iyul 2020-ci il, daha sonra 19 mart 2021-ci il, 8 oktyabr 2021-ci il və nəhayət 28 yanvar 2022-ci il tarixinə keçirilib.
Kinoda Morbius obrazını Oskar mükafatlı aktyor Jared Leto canlandırır. Filmin aktyor heyətində Letodan başqa Matt Smith, Michael Keaton, Adria Arjona, Jared Harris və Tyrese Gibson kimi simalar da var.