Türk aktrisa Selin Şekerci rol aldığı layihələrdəki öpüşmə səhnələriylə bağlı açıqlama edib.
OLAY yazır ki, Selin bu haqda qonaq olduğu proqramda danışıb. O, “Öpüşmə səhnəsinə necə hazırlaşırsan? Partnyorundan pis qoxu gəlsə, nə edirsən?” sualına pis qoxunun problem olmadığını deyib.
“Pis qoxu problem deyil, amma mən bunu partnyoruma bəlli edirəm. Bəziləri öpüşmə səhnələrində gərgin olurlar. Mən “gözəl qardaşım” deyib “kamaz şoferi” kimi səhnəyə başlayıram, partnyorumu öpürəm”.