"Sosial medianı o qədər də sevmirəm. Sadəcə işlərimi paylaşıram. Düşünürəm ki, çox vaxt aparır. Orada olmasam daha yaxşıdır"
OLAY yazır ki, bu sözləri türkiyəli aktrisa Merve Dizdar deyib.
76-cı "Kann Film Festivalı"nda Nuri Bilge Ceylanın "Kuru Otlar Üstüne" filmindəki roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında "Qızıl Palma" mükafatını qazanan Merve həm də bu kateqoriyada qalib gələn ilk türk aktrisası olub. Merve Dizdar sosial mediada bu uğurunu qazancına çevirə bilməyib: "İşin kommersiya tərəfini bacarmıram. İstifadə edə bilmirəm, ona görə də heç bir təklif almıram”.
Qeyd edək ki, 10 ildir "İnstagram" istifadıçisi olan Merve Dizdarın 1 milyon 100 min izləyicisi var.