Aktrisalarımız performansları ilə yanaşı görüntüləri, gündəlik həyatları, geyimləri, getdikləri gözəllik mərkəzləri və məkanlarla da diqqət çəkirlər.

Bütün dünyada sosial şəbəkədəki izləyici sayına görə “hörmət”in formalaşdığı, filmə və seriala dəvətin artdığı bir dönəmdə sənətçilər üçün ən önəmli rolu instaqram oynayır. Sözsüz ki, burada daha çox kommersiya filmlərindən söhbət gedir. Digər izləyicisi az olan, lakin istedaddan yoxsul olmayanlar tamaşalarda, dövlət sifarişli layihələrdə qeyd-şərtsiz yer alırlar.

Bəs, bizdə instaqramda ən çox izləyicisi olan gənc aktrisalar kimlərdir?

OLAY onların siyahısını təqdim edir:

“Şeyx Sənan” serialı ilə debüt edən Esmeralda Abdullayeva hələ ki gözəlliyinin payını yeməyənlərdəndir. Onun cırtdan ailəsinin sayı 1690 nəfərdir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?

Aktrisa Səmayə Ağayarova “ƏSA” Teatrındakı tamaşaları ilə diqqət çəkir. Son olaraq Əlixan Rəcəbovla eyni layihədə rol almışdı. 1939 nəfər onu izləmədədir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Aktrisa Duyğu Dəvəli sosial medianı xüsusi diqqətlə istifadə edənlərdəndir. Daha çox feysbuk və tvitterdə aktiv olan sənətçinin 2850 izləyicisi var.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Gənc Tamaşaçılar Teatrının aktrisası Aygün Fətullayeva performansları ilə sənət adamlarından yüksək qiymət alır. Onun izləyici sayı isə 5100 nəfərdən çoxdur.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Günel İmanovanın isə 5,3 min izləyicisi var.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?“Ata ocağı”nın siması Aydan Ağazadənin təqibçisinin sayı 10,1 mindir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Natavan Abbaslı “Ata ocağı”nın gənc ulduzlarından biridir. 11,2 min izləyicisi olsa da, təbii gözəlliyi və fərqli tərzi ilə daha çox insan tərəfindən kəşf edilməsi mütləqdir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?“İkinci pərdə”, “Cehizsiz gəlinlər”, “Dönənlər” layihələrindəki aktrisa oyunu ilə diqqət mərkəzində olan Günay Əhmədin 12 mindən çox izləyicisi var.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Daha çox ailə-məişət mövzulu seriallarda rol alan Günəş Təqinin 24,7 minlik instaqram səhifəsi var.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?“AzDrama”nın gənc aktrisalarından olan Lalə Süleymanova sosial medianı aktiv istifadə edənlərdəndir. Rol aldığı tamaşalar, dublyaj etdiyi layihələr və reklam filmləri ona 29,4 min izləyici qazandırıb.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Son olaraq “Yuxu kimi” serialında rol alan, hazırda analıq məzuniyyətində olan Aydan Axundzadə instaqrama çox vaxt ayırmasa da, onu 48,3 min profil izləyir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Bakı Bələdiyyə Teatrının aktrisası, “Zəhər tuluğu”, “Əqrəb mövsümü” layihələri ilə populyarlaşan və bir neçə mükafatın sahibi olan Zülfiyyə Qurbanova 49,8 min nəfərin izləməsindədir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Gənc Tamaşaçılar Teatrının aktrisası Aydan Həsənzadə sonuncu dəfə “Kod adı “V.X.A”” tamaşası ilə gündəmə gəlmişdi. Aktrisanın “follower”lərinin sayı 67,2 mindir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Fəridə Şahbazova həm “Ata ocağı”, həm dövlət sifarişli layihələr, həm də sosial mediadakı qısametrajlı filmlərlə tanınaraq 75,2 min izləyici yığıb.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Yuğ Dövlət Dram Teatrının aktrisası Ləman Mərrih “İmtahan” və “Ata ocağı” serialları ilə xeyli tamaşaçı kütləsi yığsa da, səsləndirdiyi şeirlər də onu sosial mediada məşhurlaşdırıb. Sənətçinin 74 min təqibçisi var.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Daha çox komediya layihələrinin siması olan Sanura Cəfərova 80,4 min nəfər tərəfindən izlənilir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Hazırda aparıcılıq edən aktrisa Şəhanə Yusifovanı 83,1 min şəxs “follow” edir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?“Komedixana”nın ulduzu Zarina Qurbanova dediyinə görə, ölkədə ən çox baş rola çəkilən aktrisadır. Onun izləyicilərinin sayı 105 min nəfərə çatır.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Libasları ilə mediada tez-tez xəbər materialı olan Ülfət Bəşirin paylaşımları 110 min şəxsin diqqətindən yayınmır.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Hazırda həm də prodüserlik fəalliyəti ilə məşğul olan və başı şirkətinə qarışan Sevinc Əliyeva 112 min profilin nəzarəti altındadır.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?“Qız atası” serialı ilə yanaşı aparıcılıq da edən Raksana İmir 120 min şəxs tərəfindən izlənilir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?“Komedixana” və TikTok-dakı fəalliyəti ilə diqqət çəkən Mələk Kazımovanın 124 minlik instaqram hesabı var.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Aparıcılıqdan sonra aktrisalığı da peşə edən Turanə Hüseynli ötən il “Altın Kelebek” qazanaraq “Azərbaycanın parlayan ulduzu” seçilmişdi. Hüseynlini 186 min nəfər izləyir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Hazırda moda evinə daha çox vaxt ayıran Nərgiz Əliyevanın 234 min izləyicisi var.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?“Səs” serialı ilə son zamanlar sosial mediada gündəm olan Üzel Kərimova 346 minlik instaqram hesabı ilə xoşbəxtdir.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Çəkdiyi TikTok videoları, səhər proqramı, “Qız atası” serialı və “Komedixana” layihəsi ilə “hype”ı hərtərəfli olan Xəyalə Quliyeva 508 min profilin “follow”sundadır.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Ölkənin ən mediatik aktrisalarından olan Ülviyyə Xəlilbəylinin hər paylaşımı xəbər olur. Bu qədər diqqət mərkəzində olmaq və Murad İsmayılla evliliyi ona 937 min izləyici qazandırıb.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Görüntüsü və fəalliyəti, eyni zamanda geyimləri ilə Pərvin Abıyeva istəyərək və ya istəməyərək medianın gözləmində olur. Onun bu populyarlığı aktrisaya 1,2 milyon izləyici, saysız reklamlar və layihələr bəxş edib.

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?Sıralamanın ilk pilləsində 15 ildən çoxdur ekranlarda olan Kəmalə Piriyeva var. Aktrisa və aparıcılıq fəalliyəti, reklam çarxları, filmlər, seriallar... və nəhayət 1,3 milyon izləyici onunladır!

Aktrisalarımızın instaqram populyarlığı - Kim birincidir?