Film / Serial
Film / Serial

Merve “Kann”da ən yaxşı aktrisa seçildi

Merve “Kann”da ən yaxşı aktrisa seçildi

Merve Dizdar Kann Film Festivalında 

“Ən yaxşı aktrisa” nominasiyasında qalib olub.


OLAY yazır ki, sənətçi bu mükafata Nuri Bilge Ceylanın “Kuru otlar üstüne” filmindəki roluna görə layiq görülüb.


Aktrisa çıxışı zamanı bu mükafatı Türkiyədə layiq olduğu gözəl günləri yaşamağı gözləyən, bütün mübarizə aparan insanlara ərməğan etdiyini deyib.


Qeyd edək ki, sözügedən film Türkiyənin ucqar kəndlərindən birində xidmətini başa vuran və başqa bir müəllim Nuray (Merve Dizdar) ilə tanış olana qədər buradan getmək ümidini itirən gənc rəsm müəllimi Səməddən (Dəniz Celiloğlu) bəhs edir.