Türkiyəli aktrisa Merve Dizdarın başına Fransada iş gəlib.
OLAY yazır ki, Nuri Bilge Ceylanın “Kuru otlar üstüne” filminin nümayişi üçün getdiyi “Kann” Festivalından sonra sənətçi Türkiyəyə qayıda bilməyib.
Buna səbəb təyyarəyə buraxılmamasıdır. Başına gələnlərə qəzəblənən Merve tvitter hesabında “Çəkilişlərimə çatmaq üçün “Kann” Festivalından dərhal sonra, 2 saat əvvəldən hava limanına gəldim. 24 saatdır yoxlamağa çalışdığım təyyarəyə həddən artıq sərnişin alındığı üçün buraxılmadım. Bu, məndən başqa 4 nəfərin də başına gəlib” – deyə, yazıb.
O, Türk Hava Yollarını da etiketləyərək, “Buna necə izah verə bilərsiniz?” – deyə, qeyd edib.