"Oskar" mükafatçısı aktrisa Mişel Yeoh və "Ferarri"-nin keçmiş baş direktoru Jan Todt İsveçrədə evləniblər.
OLAY yazır ki, cütlük nişanlandıqdan 19 il sonra ailə həyatı qurub.
Toy zamanı 60 yaşlı Mişel Yeoh iki geyim dəyişib.
O, mərasimin rəsmi hissəsi üçün ağ köynək və ətək geyinib. Daha sonra isə daş-qaşlı korsetlə bej rəngli krujeva libasla qonaqların qarşısına çıxıb.
77 yaşlı bəy mavi qalstuklu klassik smokinq seçib.