Amerikalı aktyor Bred Pittlə keçmiş həyat yoldaşı aktrisa Ancelina Coli arasında məhkəmə çəkişməsi davam edir.
OLAY yazır ki, məhkəmə işi ilə bağlı yeni sənədlər ortaya çıxıb.
Ancelina Coli Pittin "Miraval" qəsrinə nəzarət etmək üçün onu qarət etdiyini irəli sürüb.
Sənədlərdə Pitt keçmiş həyat yoldaşını qarət etməkdə və mal varlığını talamaqda ittiham olunur. Müvafiq olaraq, Colinin keçmiş investisiya şirkəti "Nouvel" Pittdən təzminat üçün 350 milyon dollar tələb edir.
Pitt təmirə 1 milyon dollardan çox pul xərcləyib. Hüquqşünaslar iddia edirlər ki, bu lazımsız xərclər Coli səhmlərini rusiyalı iş adamına satdıqdan sonra daha da artıb.
Qeyd edək ki, Coli və Pittin 2008-ci ildə aldığı Fransanın cənubundakı Miraval qəsri həm də cütlüyün 2014-cü ildə evləndiyi məkandır.