Los-Ancelesdə “Barbie” filminin dünya premyerası keçirilib.
OLAY yazır ki, tədbirə filmin baş rol ifaçıları Margot Robbi, Rayan Qoslinq müğənnilər Dua Lipa, Billi Ayliş, model Eşli Qreham, aktrisa Qal Qadot və başqaları qatılıb.
Margot Robbi premyera üçün 60-cı illərin üslubunda geyin seçib. O, "Schiaparelli Haute Couture"-dən çiyinləri açıq libas, "Lorraine Schwartz"-dan zinət əşyaları və "Manolo Blahnik"-ə məxsus ayaqqabı geyinib.
Qeyd edək ki, film kinoteatrlarda iyulun 19-da yayımlanacaq.