Film / Serial
Film / Serial

Dua Lipa “Barbie” filmində rol alacaq

Dua Lipa “Barbie” filmində rol alacaq

“Barbie” filminin heyətinə daha bir məşhur daxil olub.

OLAY yazır ki, 21 iyul 2023-cü ildə təqdim edilməsi nəzərdə tutulan filmdə baş rolu Marqot Robbi və Rayan Qoslin canlandırır.

Məşhur gəlincik brendi Barbidən bəhs edən ekran işində Keyt Makkinon, Aleksandra Şip, Amerika Ferrera, Simu Liu və başqaları da çəkilir.

Son olaraq isə ekran işində məşhur ifaçı Dua Lipanın da rol alacağı bildirilib.