Film / Serial
Film / Serial

Bred Pitt "Formula 1"-də yarışacaq

Bred Pitt "Formula 1"-də yarışacaq

Hollivud aktyoru Bred Pitt yeni filmində Formula 1 sürücüsü obrazını canlandırmağa hazırlaşır.

OLAY yazır ki, aktyor həftə sonu İngiltərədə Silverstounda keçiriləcək "Formula 1" Qran Prisində trekdə olacaq. 

Bred Pitt məşq dövrələri arasında xüsusi hazırlanmış "Formula 2" bolidini idarə edəcək. Böyük Britaniya çempionu pilot Lyuis Həmilton da məşhur aktyora "Apex" filminin çəkilişində köməklik göstərəcək.