Film / Serial
Film / Serial

Bred Pittin yeni işi məlum oldu

Bred Pittin yeni işi məlum oldu

Bred Pitt “Formula 1”ə həsr olunmuş filmdə yaşlı yarışçı rolunu oynayacaq.

OLAY yazır ki, kinonu “Top Gun: Maverick” rejissoru Cozef Kosinski idarə edəcək.

Ekran işinin prodüseri Jerry Bruckheimer (Karib dənizinin quldurları) olacaq. Mercedes pilotu və yeddiqat “Formula 1” çempionu Lyuis Həmilton çəkiliş meydançasında olacaq və yaradıcılara məsləhət verəcək. 

Layihə hələlik ad almayıb, lakin məlumdur ki, Apple TV + onlayn platforması onun hüquqlarını hələ iyun ayında əldə edib.