Film / Serial
Film / Serial

Sevinclə Raminin davası böyüdü

Sevinclə Raminin davası böyüdü

Aktrisa Sevinc Əliyeva və prodüser Ramin Hacıyev arasında yaranan gərginlik böyüməyə başlayıb. 

OLAY yazır ki, R. Hacıyevin Sevinci prodüser kimi tanımamasına qarşı tərəf cavab verib. S. Əliyeva saytımıza açıqlamasında bu sözləri deyib:

“Mən kiməm? Hər gün 19:50-də İTV-yə baxsın, bilər! Ən azı bir qadının ünvanına yazılacaq cümlə deyildi. Mən prodüser olaraq hələ 2007-2008-ci ildə klip, reklam sahəsində çalışmışam. Bunu da reklam etməyi özümə borc bilməmişəm. Məkan tapmaq, reklama restoranlar danışmaq prodüserlik deyil. İdeanı reallaşdırmaq, komandanı yığmaq və keyfiyyətli işi təqdim etmək prodüser işidir.  Hazırda çəkdiyimiz “Simurq” serialı keyfiyyəti ilə seçilən seriallardan biri oldu. Buna çox sevinirəm”.

Qeyd edək ki,  Ramin “İTV Sevincin serialına 100 min ödədi” xəbərinə “Sevinc kimdi? Sevincin prodüser olduğu serial? Yəni, o qədər prodüser sahəsində tanınır ki, Sevincin serialı deyilən kimi axın başlayacaq? Sən canın, Sevinc kimdir?”,- deyə şərh yazmışdı.