İctimai TV aktrisa Sevinc Əliyevanın sahib olduğu “SFNfilm” produser mərkəzinin istehsalı olan “Simurq” serialını 100 min manata alıb.
OLAY yazır ki, tərəflər arasında müqavilə bir neçə ay bundan əvvəl reallaşıb. TV həftə içi hər gün yayımlanan ekran işinin 12 bölümü üçün prodüser mərkəzinə yüz min manat ödəyib.
Qeyd edək ki, “Simurq”un baş qəhrəmanları aktyor Elşən Əsgərov və aktrisa Aidə Cəbiyevadır.