Olay
Olay

“Sən canın, Sevinc kimdir?” - Prodüser qalmaqalı

“Sən canın, Sevinc kimdir?” - Prodüser qalmaqalı

Ötən gün saytımızda yayımlanan “İTV Sevincin serialına 100 min ödədi” xəbəri müzakirəyə səbəb olub.

OLAY yazır ki, rejissor Ramin Hacıyev onunla bağlı paylaşıma rəyi yazıb.

“Sevinc kimdi? Sevincin prodüser olduğu serial? Yəni, o qədər prodüser sahəsində tanınır ki, Sevincin serialı deyilən kimi axın başlayacaq? Sən canın, Sevinc kimdir?”, - deyə R.Hacıyev kinayəli sual ünvanlayıb.

Qeyd edək ki, R.Hacıyev rejissor sahəsində komediya serialları çəkməklə məşhurlaşıb. O, “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

S.Əliyeva isə illərdir aktrisa kimi fəaliyyət göstərir. O, son illərdə “SFN film” prodüser şirkətini yaradıb.