Maraqla gözlənilən “Bihter” filmi ilə bağlı yenilik olub.
OLAY yazır ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb. O bildirib ki, filmdə Matmazel obrazını canlandırması planlaşdırılan Ebru Özkan layihədən imtina edib.
Buna səbəb isə onun rol aldığı “Ben bu cihana sığmazam” serialı ilə ekran işinin çəkiliş vaxtlarının uyğunlaşmaması olub.
Qeyd edək ki, sözügedən layihədə Farah Zeynep Abdullah, Hande Ataizi, Boran Kuzum, Osman Sonant, Helin Kandemir, Nezaket Erden və Lorin Menhart kimi məşhurlar rol alacaq.