“Bihter” filminin daha bir obrazını kimin canlandıracağı bəlli olub.
OLAY yazır ki, Zerrin Tekindorun həyat verdiyi ikonik “Matmazel” – Deniz obrazının tarixi versiyası üçün artıq aktrisa seçilib.
“Paramparça”, “Hanımın çiftliyi” serialları ilə populyarlıq qazanan Ebru Özkan yeni “Matmazel” olacaq.
Qeyd edək ki, filmdə Behlülü Boran Kuzum, Bihteri Farah Zeynep Abdullah, Nihalı isə Hande Kandemir canlandıracaq.