Fotosessiya
Fotosessiya

Yeni “Behlül” bəlli oldu

Yeni “Behlül” bəlli oldu

“Aşkı memnu”nun yeni “Behlül”ü bəlli olub.

OLAY yazır ki, türk mediasının iddiasına görə, tarixi janrda çəkiləcək “Bihter” filmində sözügedən obrazı Boran Kuzum canlandıracaq.

Qeyd edək ki, Bihter Yöreoğluna Farah Zeynep Abdullah, Nihal Ziyagilə isə Helin Kandemir həyat verəcək.

Onu da bildirək ki, 2008-2010-cu illərdə izlənmə rekordları qıran serialda Behlül obrazına Kıvanç Tatlıtuğ həyat vermişdi.

“Aşkı Memnu” Halit Ziya Uşaklıgilin əsəridir. Əsərin ilk versiyası 1899-cu ildə “Servet-i Fünûn” dərgisində, daha sonra isə 1901-ci ildə kitab formasında təqdim olunub.

Serialın ilk versiyası isə 1975-ci ildə çəkilib. 1 sezon yayımlanan ekran işi 6 bölümdən ibarət olub. Həmin serialda Behlül obrazını isə Salih Güney canlandırıb.