Film / Serial
Film / Serial

Zəlzələ qurbanlarına kömək üçün çəkilişlər dayandırıldı

Zəlzələ qurbanlarına kömək üçün çəkilişlər dayandırıldı

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı “Şebeke” serialının çəkilişləri dayandırılıb.

OLAY yazır ki, bu barədə layihədə rol alan aktrisa Pelin Karahan instaqramda paylaşım edib. O, bildirib ki, çəkiliş karvanlarından fəlakət bölgələrinə yardım məqsədilə istifadə ediləcək.

Aktrisa digər ekran işlərini də bu addıma çağırırıb:

““Şebeke” komandası olaraq çəkilişlərə fasilə verdik. Komanda yoldaşlarımız fəlakət bölgəsindəki ehtiyacı olanlar üçün generator və karvanlarımızla yardım ləvazimatları gətirmək üçün yola düşür! Xahiş edirəm, davam edən seriallar, çəkiliş qrupları və kanallar, bu sektorda çalışan hər bir insanın fəlakət bölgəsində ailəsi, qohumu, həyat yoldaşı, dostu var. Kömək edək, gün birlik günüdür, çəkilişlər gözləsin”.