ATV kanalında yayımlanan “Qız atası”da məşhur türk serialı “Yalı çapkını”na atmaca atılıb.
OLAY yazır ki, ekran işinin sonuncu bölümündə Əməkdar artist Əkbər Əlizadənin canlandırdığı Alik obrazı sözügedən layihədən bəhs edib.
Alik anasının da həmin serialını izlədiyini bildirərək “Baxdıqları serialın üstə bir-biriləri ilə qırğın ediblər. “Yalı çapkını”na görə... Oradakı Pelo obrazına görə dalaşıblar. Deyirəm, serialdır da. Söyləyir ki, yox, o, belə etməməli idi, “bilesinnn”. Hamısını da əzbərləyib”, - deyə, vurğulayıb.
Qeyd edək ki, Star TV-də yayımlanan ekran işində “Kazım Ağa” obrazını canlandıran Diren Polatoğulları “bilesin” replikası sosial şəbəkələrdə trend olub.