Olay
Olay

“Yalı Çapkını”nın Seyran və Sunası arasında 5 fərq

“Yalı Çapkını”nın Seyran və Sunası arasında 5 fərq

Star TV-nin çox sevilən serialı “Yalı Çapkını”nın ən diqqət çəkən obrazları Seyran (Afra Saraçoğlu) və Sunadır (Beril Pozam). Ssenarisi ilə yanaşı xarakterləri ilə də marağa səbəb olan serialda iki bacının xarakterik cəhətləri olduqca maraqlıdır.

OLAY Korhan ailəsinin Suna üçün gəlib Seyranı istəməsi ilə həyatı dəyişən bacıların beş fərqli xüsusiyyətini təqdim edir:

- Seyranın dikbaşlığı, Sunanın üzüyola olması

Serialının ilk bölümündən bəri oxumaq həvəsi və Yusufu sevdiyi üçün atasına qarşı çıxmağa çalışan Seyran, Sunanın qəhvə tökməsi və Feritin onu istəməsindən sonra Korhan köşkünə gəlin olub. Lakin Feritə qarşı da dik mövqe tutan Seyran başına gələn hər şeyi qəbul etməməyə davam edir.

Qəhvə tökdüyünü və hər şeyi alt-üst etdiyini düşünən Suna uşaqlıqdan atası Kazımın nə dediyini qəbul edib və heç vaxt sözündən çıxmayıb. Əslində, son həftələrdə istənməyən evliliyə məcbur edilsə də, taleyini qəbul edir.

- Aralarındakı gizli rəqabət

Korhan ailəsi Seyranı istədikləri üçün Suna ata evindən qurtula bilməyib və İstanbula gələndə Yusufu çağıraraq, aldadıldıqlarını bildirib.

Bu hərəkətdən sonra onlar üz-üzə gəlir və Suna bacısının arxasınca böyük səhvə yol verdiyini anlayır. Onlar bir-birlərini çox sevsələr də, bu, Seyranla Suna arasındakı rəqabəti üzə çıxarıb.

- Sunanın qısqanclığı

7-ci seriyada Ferit Seyranın xahişi ilə Kazım Ağanın Sunaya qarşı zorakılığının qarşısını alır, ertəsi gün Seyran, Fuat, Ferit və Suna əylənməyə gedir. Sərxoş olan Sunanın Feriti öpməsi onun bacısını gizlincə qısqandığını ortaya çıxarmış olub.

- Suna cəsur, Seyran qapalıdır. 

Atalarından çəkdikləri işgəncələrə görə daha da içinə qapanan Suna bacısı və anası üçün hər şeyi etməyə hazır cəsarətli bir xarakterdir. Serialın 10-cu bölümündə bacısını boğan Kazım Ağanın başına vuracaq qədər hünərlidir...

Serialın 6-cı bölümündə Seyran və Suna Feritin Pelinlə danışdığını görürlər. Buna biganə qala bilməyən Suna Pelinin ardınca tualetə girərək “Bacıma “qaraçı” demisən. Seyran nəzakətlidir, amma mən heç belə deyiləm. Səni elə döyəcəyəm ki, estetik xərclərin üçün atanın bütün var-dövlətini xərcləyəcəksən. Bir daha bacıma toxunma. Bu, sənə son xəbərdarlığımdır” deyərək hücum çəkib.

Seyran isə uşaqlıqdan həmişə böyük bacısı və anası tərəfindən himayə olunub. Bu səbəbdən anasına və böyük bacısına kömək edərkən belə çətinlik çəkir. Təbii ki, belə hallarda onun köməyinə Ferit Korhan gəlir. Sunanı evlənməkdən xilas etmək üçün etdikləri buna ən böyük nümunə idi.

- Seyranın inadkar olması

Ağlına gələni etmək üçün hər kəsə qarşı çıxa biləcəyini göstərən Seyran, Yusufdan qurtula bilməyəndə onunla danışmağa razılaşır, hətta görüşür. Təbii ki, bunların hamısını həyat yoldaşı Ferit öyrənmiş olur.

Serialın 10-cu bölümündə cütlük Feritin sevdiyi pizza evinə gedən səhnədə Pelin əmisi oğlu və dostları ilə görmüşdü. Ferit məkanı tərk etmək istəsə də, Seyranın pizza təkidləri diqqətdən yayınmayıb.