Bir neçə gün əvvəl səhhətində problem yaranan məşhur aktyor Kadir İnanır əməliyyat olunub.
OLAY yazır ki, bu barədə sənətçinin müalicə olunduğu “Pamukkale Universitesi” xəstəxanası məlumat yayıb. Bildirilib ki, aktyorun əməliyyatı uğurlu keçib və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
İnanırın xanımı Jülide Kural həyat yoldaşının hazırda yaxşı olduğunu, əməliyyatdan sonra hansısa bir problemin yaranmadığını söyləyib. Kural deyib ki, Kadir hər cür çətinliyin öhdəsindən gələ biləcək gücdədir.
Qeyd edək ki, sənətçinin beyin damarlarında laxtalanma olub.