Türkiyənin mərhum saz ustası və ifaçısı Neşet Ertaşın həyatından bəhs edən “Qarip Bülbül Neşet Ertaş” filmi qadağan edilib.
OLAY yazır ki, buna səbəb layihənin icazəsiz hazırlanması olub.
N. Ertaşın həyat yoldaşı və övladlarının şikayəti əsasında məhkəmə qərarı verilib.
Qərara əsasən, 23 dekabrda təqdim edilməli olan ekran işi yayımlanmayacaq.
Qeyd edək ki, sənətçi 2012-ci ildə vəfat edib.