2018-ci ildə yayımlanan “Şahsiyet” serialının ikinci sezonu çəkiləcək.
OLAY yazır ki, ilk mövsümü Puhu TV-də təqdim edilən ekran işi “Disney +”da davam edəcək.
Qeyd edək ki, layihədə Haluk Bilginer, Cansu Dere, Rabia Soytük, Metin Akdülger kimi aktyorlar yer alıb.
Onu da bildirək ki, H. Bilginer sözügedən serialdakı obrazına görə “Emmi” mükafatına layiq görülüb.