Film / Serial
Film / Serial

Bunu bacaran üçüncü serial “Dahmer” oldu

Bunu bacaran üçüncü serial “Dahmer” oldu

Dünyanın ən qəddar qatillərindən biri kimi tanınan Cefri Damerin hekayəsindən bəhs edən “Monster: The Jeffrey Dahmer Story” serialı növbəti uğurunu qazanıb.

OLAY yazır ki, ekran işi “Netflix”də bir milyard saat izlənməni keçərək, bunu bacaran üçüncü layihə olub.

İlk iki sırada isə “Stranger Things 4” və “Squid Game” var.

Xatırladaq ki, layihədə qatil Damerin həyatını amerikalı aktyor Evan Peters canlandırır. Sözügedən serial 10 bölümdən ibarətdir.

Onu da bildirək ki, Cefri 1994-cü ildə həbsxanada döyülərək öldürülüb.