Dünyanın ən qəddar qatillərindən biri kimi tanınan Cefri Damerin eynəyi satışa çıxarılıb.
OLAY yazır ki, mərhumun hekayəsindən bəhs edən “Monster: The Jeffrey Dahmer Story” serialından sonra sözügedən aksessuara 150 min dollar qiymət qoyulub.
Qeyd edək ki, qatil Damerin həyatını amerikalı aktyor Evan Peters canlandırır. Sözügedən serial 10 bölümdən ibarətdir.
Xatırladaq ki, Cefri 1994-cü ildə həbsxanada döyülərək öldürülüb.