Dünyanın ən qəddar qatillərindən biri kimi tanınan Cefri Damerin hekayəsindən bəhs edən “Monster: The Jeffrey Dahmer Story” serialı izlənmə rekordu qırıb.
OLAY yazır ki, gerçək hekayələr əsasında hazırlanan ekran işi ilk 5 gündə 196 milyon saat izlənilib.
Bu rəqəm isə layihəni son zamanların ən yaxşı “Netflix” serialı edib.
Qatil Damerin həyatını amerikalı aktyor Evan Peters canlandırır. Sözügedən serial 10 bölümdən ibarətdir.
Xatırladaq ki, Cefri 1994-cü ildə həbsxanada döyülərək öldürülüb.