Digital
Digital

"X"-dən çox sayda paylaşım silindi, profillər bağlandı

"X"-dən çox sayda paylaşım silindi, profillər bağlandı

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Komissiyası son günlər "X" sosial media platformasına zorakılıq da daxil olmaqla qanunsuz məzmun və dezinformasiya yayıldığı üçün xəbərdarlıq edilib.

OLAY yazır ki, bununla bağlı ötən gün platformanın sahibi, milyarder İlon Maksa məktub göndərilib və ona paylaşımların silinməsi üçün 24 saat vaxt verilib. 

"X"-in baş direktoru Linda Yaccarino Avropa İttifaqına cavab verib. 

Yaccarino, platformada dezinformasiya və qeyri-qanuni məzmunlu yazıları silmək üçün xüsusi komanda yaratdığını açıqlayıb. 

O, şirkətin yaratdığı komandanın platformadan on minlərlə dezinformasiya və qeyri-qanuni məzmunu sildiyini bildirib. Həmçinin platformada terror qrupları, zorakılıq və ya ekstremizmlə əlaqəsi olduğu aşkarlanan yüzlərlə hesab bağlanıb.