WOW
WOW

İlon Maska 24 saat vaxt verildi - Əks halda...

İlon Maska 24 saat vaxt verildi - Əks halda...

Avropa İttifaqı (Aİ) Komissiyası son günlər "X" sosial media platformasında zorakılıq da daxil olmaqla qanunsuz məzmun və dezinformasiyanın yayıldığı barədə xəbərdarlıq edib.

OLAY yazır ki, komissiya xəbərdarlıqlara baxmayaraq bu cür məzmunun platformadan silinmədiyini və şirkətin sahibi İlon Maska onları silmək üçün 24 saat vaxt verildiyini açıqlayıb.

Rəqəmsal xidmətlərə cavabdeh olan Aİ Komissiyasının üzvü Thierry Breton, əvvəllər "Twitter" olan "X" platformasının sahibi Maska məktub göndərib. 

Göndərdiyi məktubu paylaşan Breton qeyd edib ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının İsrailə hücumundan sonra, "X" platformasının Aİ-də qeyri-qanuni məzmun və dezinformasiya yaymaq üçün istifadə edildiyinə dair əlamətlər var.

Məktubda Maskdan 24 saat ərzində cavab tələb edilib. Əks halda cəza tətbiq edilə biləcəyi vurğulanıb.