Dəb
Dəb

Artıq çantalar da xüsusi bəzək tələb edəcək - FOTOLAR

Artıq çantalar da xüsusi bəzək tələb edəcək - FOTOLAR

Çanta brelokları 2024-cü ildə əsl trendə çevrildi. Sosial mediada bu tendensiya fransız ulduzun ikonik “Hermes” çantalarında müxtəlif bəzəklər istifadə etməsinə istinad edərək “Ceyn Birkin effekti” adlandırıldı. 

OLAY yazıki, bu cür dekorasiyalar keçən mövsümün dəbi olsa da, hələ də gündəmdədir.

Brelok dəstləri 2025-ci ildə də bizimlə qalacaqlar: bunu əsas brendlərin kolleksiyaları göstərir, məsələn, “Acne Studios”, “Coach”, “Miu Miu” nümayişlərində belə breloklar göz oxşayırdı. İnfluenserlər isə onlardan qurtulmağa tələsmirlər, əksinə, çantalarına getdikcə daha çox əlavə bər-bəzək asırlar. Səbəblər isə aydındır: standart çantalardan yorulanlan belə aksessuarlar vasitəsilə öz şəxsiyyətlərini mümkün qədər qabarıq şəkildə çatdırmağa çalışacaqlar. Sözsüz ki, cəlbedici breloklar bunu etməyin ən asan yoludur.

Hobbilərinizə işarə edən detallar əsas tendensiya olaraq qalır: sevimli yeməyinizin fiquru, idman avadanlığı, ruhlandırıcı pop mədəniyyət fenomenlərinə istinad edən heykəlciklər vəs. Bununla belə, onlar sadəcə əhval-ruhiyyəni əks etdirə bilərlər: məsələn, həcmli ürəklər və böyük ulduzlar da kifayət qədər dəbdədir.

2025-ci ildə kolleksiyanıza mütləq minimalist asqılar daxil edilməlidir: müxtəlif zəncirlər və ya muncuq ipləri. Onlar lakonik ola və ya ziddiyyətli detallardan yığıla bilər. 

Əhəmiyyətli ipucu: gələn il yalnız bir kulon ilə kifayətlənməməlisiniz. Ən yaxşısı, bir neçə elementi bir ip və ya zəncirlə qarışdırmaqdır. Belə brelok dəsti ultra dəbli təsir buraxacaq.