Dəb
Dəb

"Louis Vuitton"-nun kişi kolleksiyasının siması oldu

"Louis Vuitton"-nun kişi kolleksiyasının siması oldu

Rihanna "Louis Vuitton"-un 2024-cü ilin yaz kişi geyimləri kampaniyasının siması olub.

OLAY yazır ki, hazırda ikinci övladını gözləyən müğənni fotoqraf Keizo Kitajimanın obyektivi qarşısına keçib. 

Parisdəki Orse muzeyinin divarında brendin yeni kişi kreativ direktoru Farell Vilyamsın debüt kolleksiyasından olan əşyalarla Rihannanın təsvir olunduğu poster asılıb.

Müğənni bir stəkan qəhvə və 1930-cu ilin yenidən buraxılmış orijinal model "Louis Vuitton Speedy"-nin çantaları ilə poza verir. 

Reklam kampaniyasının yeni kadrları oxşar küçə mövzusunda lentə alınıb.