ANS-in keçmiş aparıcısı Günel Gözəlovaya ağır itki üz verib.
OLAY yazır ki, onun atası Salam Muxtarov dünyasını dəyişib.
Bu barədə aparıcı feysbuk səhifəsində məlumat yayıb.
“Artıq o cismən yoxdur, ancaq bir dünya insanın sevgisini rəhmət dolu ifadələri ilə üstümə yağış kimi yağdırdı atam! Müsəlmanın əziz bayramının cümə axşamı günündə dünyaya vida elədi, cümə günü torpağa tapşırılıb, Allaha yaxın oldu adı Salamım. Mənim dünyam qaraldı, amma əminəm ki, cənnətə daha bir nur getdi. Rəhmət diləyən hər kəs, qarşınızda baş əyirəm. Atam əldən yox, eldən gedən kişi oldu”.
Qeyd edək ki, mərhum uzun illər Bakı Dövlət Universitetində fotoqraf kimi çalışıb.