“WhatsApp” istifadəçiləri oxuduqdan sonra yoxa çıxan mesajları saxlaya biləcəklər.
OLAY yazır ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb. Əgər istifadəçi yoxa çıxan mesajlar funksiyasını aktivləşdiribsə, o zaman istənilən mesaj 24 saat ərzində çatda olacaq. İndi messencerin tərtibatçıları yoxa çıxan mesajı saxlamaq imkanı təqdim ediblər.
WABetaInfo-nun qeyd etdiyi kimi, funksiya hələ inkişaf mərhələsindədir və geniş istifadəçilər üçün əlçatan deyil.
Dekabrın əvvəlində məlum olub ki, “WhatsApp” istifadəçiləri birdəfəlik SMS göndərə biləcəklər. Onları yalnız bir dəfə oxumaq olar, çünki söhbət bağlandıqdan və yenidən açıldıqdan sonra mesaj gizlənəcək və istifadəçi aşağıdakı bildirişi alacaq: “Bu mesajı oxumaq vaxtı bitdi”.