Media
Media

“Bu, Ukraynanın vicdanına vurduğu xəncərdir”

“Bu, Ukraynanın vicdanına vurduğu xəncərdir”

Xalq artisti Flora Kərimova Ukraynada 8 il müddətinə həbs edilən Vətən müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi sosial şəbəkə hesablarında qaziyə dəstək olub:

“Qazi, Misir Qasımlıya 8 il iş kəsildi! Məmləkətində müharibə gedən Ukrayna imkan verməməli idi ki, 44 günlük qalibiyyətimizin heyfini diz üstə qoyduğumuz düşmənimiz bir qazimizdən çıxsın! Azərbaycan dövləti və xalqı ən çətin vaxtında, siyasi riskə gedib onlara hər cəhddə dayaq oldu. Ukraynalı hakim, Ukrayna ədaləti bu qərarı qəbul edəndə heç olmasa Ukrayna torpağı uğrunda canını qurban verən azərbaycanlı şəhidlərimizin ruhundan və azərbaycanlı adını daşıyan Misirdən utanmalı idi. Bu qərar Ukrayna ədalətinin özünün vicdanına vurduğu xəncərdir.