Nizami Kino Mərkəzinin elektrikləri kəsilib.
OLAY-ın məlumatına görə, bu barədə ssenarist Toğrul Eminli sosial media hesabında paylaşım edib.
O bildirib ki, iki gündür mərkəzin işıqları yanmır.
T. Eminli iddia edib ki, işıqlar borca görə keçirilib.
****
Kino mərkəzindən verilən məlumata görə, kinoteatrın elektrik problemlərii artıq həll olunub və elektrikin verilməsi bərpa edilib. İşığın sönmə səbəbi texniki profilaktik səbəblərdir.