Gənc yazar Nadir Yalçının “Lal ev” kitabının təqdimatı keçirilib.
OLAY yazır ki, tədbir Nizami Kino Mərkəzində baş tutub. Bildirilib ki, kitabda müxtəlif mövzulu 15 hekayə yer alıb. Hekayələr toplusunun redaktoru Vüqar Van, korrektoru Nihat Pir, qapaq dizaynının müəllifi isə Rəsul Həsəndir.
“Arzu edirəm, kitab oxucusunu tapsın, oxunsun, əgər haqqı çatırsa, reaksiyasını görsün.
Nəşr yaxın günlərdə kitab mağazalarında satışda olacaq. Bundan əlavə, əldə etmək istəyənlər, regionlarda yaşayanlar özümə müraciət edə bilərlər”, - deyə, Nadir təqdimatla bağlı paylaşımında bildirib.