Baş Prokurorluq Ağdam Musiqi Kollecində əməliyyat tədbiri keçirir.

OLAY APA-ya istinadən yazır ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq məlumat təsdiq edilib. Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ağdam Musiqi Kolleci Ağdamın Quzanlı qəsəbəsində yerləşir.

Baş Prokurorluq Musiqi Kollecində əməliyyat keçirir Baş Prokurorluq Musiqi Kollecində əməliyyat keçirir