Xalq artisti Alim Qasımov açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi “Həmin Zaur” verilişinə qonaq olarkən aparıcı Zaur Kamalın “Nədənsə bizdə bir imkana görə, bir də bahalı maşına, görüntüyə görə qiymət verirlər” fikrinə belə cavab verib:
“Çünki belə vərdiş ediblər. Amma mən lap əvvəldən indiyə qədər bir dəfə də maşınımı yumamışam. Elə palçıqlı da sürmüşəm. Kimin yazığı gəlirsə götürür, yuyur. Mənim üçün fərqi yoxdur. İndi, ümumiyyətlə, fərqi yoxdur, mən nə geyinirəm, nə yeyirəm, nə sürürəm, harada otururam, nə edirəm...
Çünki o ritmdə özümü yaşada bilmirəm. Nə qədər sadə təbəqədə yaşasam, o qədər mənə rahatlıq gəlir. Çox bahalı yerdə sıxılıram, sadəliyi özümə dost seçmişəm. O məni yola verir, mən də onu”.