Xalq artisti Rasim Balayev üçüncü kursda oxuyarkən dostuna kömək etmək istəyən zaman 100 günlük həbs həyatı yaşamasından danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Baku” TV-yə müsahibəsində deyib.
O, bildirib ki, hadisə yanlış anlaşılmanın nəticəsində baş verib:
“Bizi səhv başa düşdülər. Onların otaqlarında iki qız var idi, elə bildilər ki, qızlara sataşmağa gəlmişik. Belə bir situasiya oldu. Bizi səhv anladılar. Biri isə dostumla lap kobud davrandı. Mən də dostuma kömək etmək istəyəndə, aləm qarışdı bir-birinə. Dava etdiyimiz şəxs də böyük bir adamın qohumu çıxdı… Depressiyam orada başladı. Üçüncü kursun birinci semestrində oxuyurdum. Düşündüm ki, mənim həyatım bitdi. İnsanın günahı olanda istər-istəməz özünü qınayırsan. Ama ən dəhşətlisi odur ki, günahsız yatasan. O, faciədir…”.