İncəsənət
İncəsənət

Rejissor Kolxaze dünyasını dəyişdi

Rejissor Kolxaze dünyasını dəyişdi

Belçika əsilli alman ssenaristi və rejissoru Volfqanq Kolxaze 92 yaşında dünyasını dəyişib.

OLAY yazır ki, bu barədə onun fəxri üzvü olduğu Almaniya Kino Akademiyası məlumat paylaşıb. Rejissorun ölüm səbəbi isə açıqlanmayıb.

Xatırladaq ki, V.Kolxaze “Atəşdən sonra sükut”, “Eyvanda yay”, “Ana, mən sağam”, “19 yaşım var idi”, “Sanni Solo”, “Fars dərsləri” kimi layihələr üzərində çalışıb. O, San Sebastian və Berlin film festivallarında mükafatlar qazanıb, həmçinin Avropa Film Akademiyası Mükafatına namizəd olub. 2010-cu ildə kinoya verdiyi töhfəyə görə isə Berlinaledən fəxri Qızıl Ayı alıb.