Bu gün 5 oktyabr - müəllimlərin peşə bayramı günüdür.

Şou-biznes sahəsində də bir çox məşhur sima var ki, bu şərəfli və məsuliyyətli peşəni icra edir.

OLAY pedaqoji fəaliyyətlə məşğul olan 10 yerli məşhuru təqdim edir:

Şou-biznesin müəllimləri kimlərdir?

Xalq artisti Mənsum İbrahimov - Xanəndə Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimi kimi fəaliyyət göstərir. İbrahimov, həmçinin, Azərbaycan Milli Konservatoriyasının professorudur.

Şou-biznesin müəllimləri kimlərdir?

Xalq artisti Gülyaz Məmmədova - Sənətçi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (keçmiş Asəf Zeynallı) və Bakı Humanitar Kollecində dərs deyir.

Şou-biznesin müəllimləri kimlərdir?

Xalq artisti Vidadi Həsənov – Uzun illər müəllim kimi fəaliyyət göstərən sənətçi hazırda Mədəniyyət və İncəsənət Universitetinin “Estrada rejissoru” kafedrasının dosentidir. 

Şou-biznesin müəllimləri kimlərdir?

Xalq artisti Afaq Bəşirqızı - Aktrisa uzun illər Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.

Şou-biznesin müəllimləri kimlərdir?

Əməkdar artist Azad Şükürov - 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir.

Şou-biznesin müəllimləri kimlərdir?

Əməkdar artist Nüşabə Ələsgərli - 2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyətinə başlayan Nüşabə Ələsgərli 2018-ci ildə "Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri" adlı elmi işini müdafiə etmiş və “sənətşünaslıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim işləyir.

Şou-biznesin müəllimləri kimlərdir?

Əməkdar artist Babək Niftəliyev - xanəndə Azərbaycan Milli Konservatoriyasında müəllim kimi çalışmağa başlayıb. Bu barədə o, instaqramda məlumat paylaşıb.

Şou-biznesin müəllimləri kimlərdir?

Əməkdar artist Gülşad Baxşıyeva - ADMİU-da 1985-ci ildən “Səhnə danışığı” kafedrasında, 1994-cü ildən isə “Rejissor və aktyor sənəti” kafedrasında müəllim kimi işləyir. 2000-ci ildən dosentlik, 2006-cı ildən isə professorluq vəzifəsində çalışır.

Şou-biznesin müəllimləri kimlərdir?

Əməkdar artist Elxan Şirinov -  Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi olaraq ali təhsil almış sənətçi. 30 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Hazırda filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və Amerikaşünasdır.

Şou-biznesin müəllimləri kimlərdir?

Əməkdar artist Qurban Məsimov - 2018-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin “musiqili teatr aktyorluğu” kafedrasının müəllimi kimi çalışan Məsimov 2022-ci ildən baş müəllim olaraq fəaliyyət göstərir.