Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar.
OLAY yazır ki, səfər zamanı diplomatlara aparılan tikinti işləri barədə ətraflı məlumat verilib.
Həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Mədəniyyət Mərkəzinidə ziyarət ediblər. Qonaqlara mərkəzin fəaliyyəti, infrastrukturu və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.










