İncəsənət
İncəsənət

Xanım İsmayılqızının ailəsində xoş hadisə

Xanım İsmayılqızının ailəsində xoş hadisə

Şairə və bəstəkar Xanım İsmayılqızının ailəsində xoş hadisə olub.

OLAY yazır ki, bununla bağlı o, instaqramda məlumat yayıb.

İsmayılqızı nəvəsi Nurayın fotosunu paylaşaraq onun universitetə qəbul olunduğunu bildirib.

“Vaxt elə uçur ki... Dünən qucağında gəzdirdiyin, danışmaq, yerimək, oxumaq, düşünmək öyrətdiyin uşaq səni qucaqlayır, qolundan tutur, dili, ağlı, hissləri böyüyür, itilənir, boyu boyunu ötür. Mənim balaca Nurayım da böyüdü, hamımızı sevindirdi, İstanbulun Koç Üniversitesinin tələbəsi oldu. Gözümün işığı Nuray Hasanova, yolun açıq olsun, mənim balam. Gözəl xəbərlərin, uğurların tükənməsin. Fidan Aliyeva, balamsan, təbrik edirəm. Nəvəmlə birgə bütün tələbə adını qazananları təbrik edirik”, - deyə, o, vurğulayıb.