İncəsənət
İncəsənət

2-ci dəfə koronaya yoluxan Xalq artisti səhhətindən danışdı

2-ci dəfə koronaya yoluxan Xalq artisti səhhətindən danışdı

İkinci dəfə koronavirusa yoluxan Xalq artisti Şeyx Əbdül Mahmudov səhhəti haqda açıqlama verib.

Bu barədə o, OLAY-a danışıb.

Sənətçi deyib ki, hazırda, vəziyyəti normaldır:

“İndi hər şey yaxşıdır. Bir-iki gün tam bərpa olunum, fəaliyyətimə davam edəcəm. Mən birinci dəfə koronavirusa yoluxanda da məsləhət etdim ki, ev şəraitində müalicə olunum. Çünki xəstəxanalardan elə sözlər eşidirdik ki, adam dəhşətə gəlirdi. Xəstəxana sözü insanlara psixoloji təsir göstərib. Özü də ölüm-itim olan vaxtlar idi. Lazımi müalicələri etdik. İndi də hər şey normaldır”.