İncəsənət
İncəsənət

“Yaradıcılığımın 50 illiyidir”

“Yaradıcılığımın 50 illiyidir”

Xalq artisti Nisə Qasımovanın sənət fəaliyyətinin 50 illiyidir.

OLAY yazır ki, bununla bağlı sənətçi “Xəzər axşamı” verilişində danışıb.

Müğənni deyib ki, hətta yubiley konserti etmək də istəyir:

“Yaradıcılığımın 50 illiyidir. Bir igidin ömrüdür. Hər bir müğənninin qəlbində olan arzularım var. Bəzən istəklər imkanlarla uyğun gəlmir. Mən isə arzularımı imkanlarıma görə qururam. İllrədir bu sənətdəyəm, başqa ölkələrdə, rayonlarda səhnədəyəm. Bir şey bilirəm ki, müğənni nə etsə, düşünür ki, xalqı üçündür. Yox elə özü üçündür. Bizim gənc ifaçılarımız, müğənnilərimiz var. Onların arasında bəyənmədiklərim mövcüddur. Həmçinin məni bəyənməyənlər də var. Onlara demək istəyirəm, təcrübəmdən, həyatımdan müəyyən epizodlar göstərməklə deyim ki, sənət adamı səhnəyə çıxırsa, bir addım tamaşaçıdan hündürdə dayanırsa, nümunə olmalıdır. Onlara örnək olmaq naminə yubiley konserti etmək istəyirəm. Mahnı dili ilə çox ismarıclar ola bilər”.