İncəsənət
İncəsənət

Tahir Əmiraslanov arxivini yandırdı

Tahir Əmiraslanov arxivini yandırdı

Əməkdar mədəniyyət işçisi, Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov arxivini yandırıb.  

OLAY yazır ki, o, bu barədə feysbuk sosial şəbəkəsində məlumat verib.  Bir müddət bundan əvvəl vəzifəsindən gedən Əmiraslanov Milli Mətbəx Muzeyi üçün topladığı kitablarını məhv edib.  

Tahir Əmiraslanov həmin anları lentə alaraq izləyiciləri ilə bölüşüb:

“Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar , diplomlar və s.yaxşı yanır . 

Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki”.