İncəsənət
İncəsənət

“Fəryad 2” niyə gecikir?

“Fəryad 2” niyə gecikir?

Uzun müddətdir ki, İkinci Qarabağ müharibəsindən bəhs edən, Xalq artisti Vaqif Mustafayevin tammetrajlı filmi “Həyat deyəsən gözəldir”in (Fəryad 2) premyerası gözlənilir. 

Ötən il tamamlanan ekran işinin izləyicilərə nə vaxt təqdim olunacağı sual yaradır. 

Bununla bağlı Mədəniyyət Nazirliyindən OLAY-ın sorğusuna cavab verilib. 

Bildirilib ki, hazırda filmin istehsalı başa çatdırılıb:

“Beynəlxalq festivallara göndərilir. Bununla əlaqədar olaraq, ölkəmizdə kütləvi nümayişinin tarixi hələ ki, dəqiqləşməyib. Vaxt dəqiqləşdikdə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. 

Xatrıladaq ki, filmə Gürcütandan aktyorlar da cəlb edilib.  Azərbaycandan isə Sevinc Əliyeva, Taleh Yüzbəyov, Hikmət Rəhimov, Anaida (Nahidə) Rostovskaya və başqaları yer alıb.